Kateqoriyasız

“Neftçi” azarkeşlərə müraciət etdi

“Neftçi” səfərdə “Rapid”lə keçiriləcək oyun öncəsi azarkeşlərə müraciət edib.

İdmanxeber.az həmin müraciəti təqdim edir:

“UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” matçında komandamızı tribunadan dəstəkləmək istəyənlər həmin gün saat 20:30-dan oyun başlayanadək azarkeşlərimiz üçün ayrılmış 6-cı və 7-ci sektorların qapısından bilet əldə edə bilərlər. Qiyməti 12 avro olan biletlərin ödənişini kart vasitəsilə və ya nağd şəkildə etmək olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43