Ölkə futbolu

“Neftçi” azarkeşləri Dabonun “instagram” paylaşımına təpki göstərdi – Foto

Baqali Dabonun sosial şəbəkə paylaşımı azarkeşlərin qəzəbinə tuş gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin hücumçusu Baqali Dabo “Səbail” (1:2) məğlubiyyətinin ardından “instagram” hesabından etdiyi paylaşım azarkeşlərin təpkisini çəkib. Azarkeşlər komandanın belə vacib oyundan məğlubiyyətlə ayrılmasından sonra futbolçunun kef çəkərək əyləndiyini və bunun məsuliyyətsizlik olduğunu bildiriblər.

Qeyd edək ki, fransalı futbolçu daha öncə də sosial şəbəkə hesabından qəlyan çəkərək şəkil paylaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43