23 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” azarkeşlərinin sevimlisindən sadiqlik nümunəsi

“Neftçi”nin qapıçısı Rza Cəfərov karyerasını “ağ-qaralar”da davam etdirməkdə maraqlıdı.

İdmanxeber.az-a daxil olan məlumata görə, gənc qolkiper ona gələn təklifləri geri çevirib. “Neftçi” azarkeşlərinin sevimlisi olan qapıçı ilə təmasa keçən klublar müsbət sonluq əldə edə bilməyib. Hətta bir klub tələb olunan təzminatı ödəməyə hazır olmasını deməsi belə, Rzanı fikrindən daşındıra bilməyib.

Paytaxt klubu ilə müqaviləsi davam edən 20 yaşlı qapıçı minimum daha bir mövsüm “Neftçi”də qalmağı düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43