08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” azarkeşlərə xüsusi forma verdi

Bu gün Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. 

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya stadionunda baş tutacaq möhtəşəm tədbirdə komandaların paradı zamanı Azərbaycan bayrağını “Neftçi İdman Klubu”nun idmançısı Elmar Qasımov daşıyacaq.

Bu oyunlarda 79 idmançı ilə təmsil olunacaq “Neftçi İdman Klubu” azarkeşlərinə özünün xüsusi hazırlanmış formalarını təqdim edib. Ayrıca forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparacaq idmançılarını böyük alqış sədaları altında dəstəkləyəcək və qələbəyə ruhlandıracaqlar.

İlk Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar diləyir və möhtəşəm qələbə qazanaraq xalqımıza sevinc bəxş etmələrini arzu edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43