Ölkə futbolu

“Neftçi” azarkeşləri ayağa qalxdı: “Xəzər Lənkəran”dan gələn futbolçuya deyilməyən söz qalmadı

“Neftçi” azarkeşləri “Xəzər Lənkəran”dan transfer olunan Slavik Alxasovun keçidinə etiraz edirlər.

İdmanxeber.com-un məlumatına görə, poaytaxt klubunun fanatları sosial şəbəkələrdə Alxasovun yenidən “Neftçi”yə qayıtmasına etiraz olaraq “Sən bu formanı geyinməyə layiq deyilsən!” –  deyə, paylaşımlar edirlər.

“Ağ-qaralı” azarkeşlər hətta Alxasovu “Neftçi” formasında çıxacağı oyunlarda onu fitə basacaqlarını, təhqir edəcəklərini bildiriblər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43