Ölkə futbolu

“Neftçi” azarkeşləri “Böyük oyun”la bağlı bəyanat yaydı

“Neftçi”nin “Forza” azad azarkeş qrupu “Böyük oyun”la bağlı  bəyanat yayıb.

Həmin bəyanatı olduğu kimi təqdim edirik:

Bəzi təxribatçılar tərəfindən təşkil edilmiş bu hadisələr Böyük oyunda (Böyük oyun idi)Meydanda olan sağlam rəqabəti meydandan kınar anormal hadisələrə çevirməyi bacaran bu şəxslər dövlətçiliyimizə zərbə vurmaq istəyirlər.

Daxili qoşun əsgər və zabit heyyətinin öz qanları bahasına dayandırdığı bu olaylara Forza Neftçi olaraq qeti surətdə etirazımızı bildiririk.

Neftçi azarkeşlərini bu təxribata uymamağa dərin və məntiqliə düşünüb hərəkət etməyə çağırırıq.Hadisələri böyütmək heç bir tərəfə xeyir verməz.Hər birimiz bu millətin nümayəndəsiyik çiyin çiyinə Qarabağ uğrunda döyüşən və yenədə döyüşəcək böyük millətik.

Baş vermiş hadisələri unutmaqla təxribatçılara daha bir zərbə vuracağıq.Millətimizin və Milliyətçiliyimiz Naminə…!

Budur bizim böyüklüyümüz böyük Neftçi və böyük Azərbaycan

Forza Neftçi azad azarkeş qrupu 27.08.2013


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43