İdman

“Neftçi” azarkeşləri Rəşad Sadiqovu “Zirə”yə qarşı qızışdırdı

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində hazırda davam edən “Neftçi” – “Zirə” matçında yerli azarkeşlər maraqlı şüarlar səsləndiriblər.

İdmanxeber.com-un “Baksell Arena”da olan əməkdaşının verdiyi məlumata görə,  fanatlar “Zirə” klubundan qalmaqallı şəkildə ayrılaraq “Neftçi”yə üz tutan Rəşad Sadiqov üçün “Rəşad bizim üçün “Zirə”yə də vur” şüarları ilə futbolçularını qol vurmağa səsləyiblər.

Qeyd edək ki, görüşdə hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43