Ölkə futbolu

“Neftçi” azarkeşlərindən “Xəzər Lənkəran”a böyük jest – FOTO

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli səhhətində yaranan problemlərə görə bir müddətdir komandadan uzaq düşüb.

Çalışdırıcının qəflətən xəstələnməsi bir neçə gündür ki, ölkə mətbuatını zəpt edib. Buna növbəti reaksiya Lənkəran klubunun əzəli rəqibi "Neftçi"dən gəlib. "Ağ-qaralar"ın "Forza Neftçi" Azad azarkeş qrupu bu barədə "facebook" sosial şəbəkəsində yazıb: 

"Mustafa Dənizli müalicə almaq üçün Türkiyəy getdi! Rəqib komandanın baş məşqçisi olsa belə, ona tez bir zamanda sağalmagını arzulayırıq.Allah Şəfa Versin!"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43