21 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” azarkeşlərini rahatlaşdıracaq xəbər: Saatlar qalmış gəldi

“Neftçi” düşərgəsində Nikolas Kanales sevinci hökm sürür.

İdmanxeber.com-un məlumatına görə, Çili Futbol Federasiyası hücumçunun transfer vərəqəsini göndərib.

Beləliklə çilili forvard “Partizan”la görüşdə “Neftçi”yə kömək edə biləcək. Artıq onun adı sifariş ərizəsinə salınıb. 

Qeyd edək ki, “Neftçi” bir müddət idi ki, transfer vərəqəsinin gəlməməsi ucbatından Kanalesin adını sifariş ərizəsinə daxil edə bilmirdi. Hətta transfer vərəqəsi gəlməsəydi Kanaleslə birtərəfli şəkildə müqavilə pozulacaqdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43