Ölkə futbolu

“Neftçi” azarkeşlərinin Superkubok planı

Ölkə Superkubokuna 10 gündən artıq vaxt qalmasına baxmayaraq hər iki tərəfin azarkeşləri sözügedən oyunun hazırlıqlarına başlayıblar.

Son ölkə çempionu və kubokun sahibi “Neftçi” Naxçıvanda dəstəksiz qalmayacaq. Belə ki, “forza1937” azad azarkeş qrupu prinsipial oyun üçün Naxçıvana getməyi planlaşdırır.

Qrupun rəhbərlərindən biri Zamin Əliyev öz təşəbbüsü ilə bu derbiyə gedəcəklərini bildirib:

“Biz Naxçıvana öz hesabımıza səfər eləmək fikrimiz var və bu yöndə işlər görürük. Düzdü qiymət bir az baha gəlir, amma “Neftçi”yə görə bu dəyər. Kim “Forza”yla birgə getmək istəyirsə bizimlə əlaqə saxlasınlar. Getmək istəyənlər “Rəvan”la oyuna qədər əlaqə saxlasınlar. Gediş gəliş  100 manat təşkil edir və səhər saatlarında yola çıxırıq. Hal- hazırda artıq 15 nəfər qeydiyyatdan keçib və bir şey də bildirim ki səfərdə “Neftçi” fanatları çox olacaq. Orda olan fan qrup da artıq  işlərə başlayıb. İnanıram ki  ən azı 1000 nəfər aktiv şəkildə “Neftçi”yə dəstək olacaq. Ümumilikdə inanıram ki, bütün Naxçıvan “Neftçi”yə dəstək olacaq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43