Kateqoriyasız

“Neftçi” “Bakcell Arena”ya qayıtdı

AFFA “Bakcell Arena”nın futbol meydanında apardığı əsaslı təmir işlərini başa vurub.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

​2012-ci ildə fəaliyyətə başlamış “Bakcell Arena” 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə maydan başlanılıb.

“Neftçi” növbəti turdan etibarən ev oyunlarını yenidən AFFA-nın balansında olan “Bakcell Arena”da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43