Kateqoriyasız

“Neftçi” “Başakşəhər”in futbolçusunu icarəyə götürdü – rəsmi

“Neftçi” növbəti transferini reallaşdırıb.

Türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə 2 il müddətinə müqavilə bağlanıb. Məlumatı klubun saytı yayıb.

20 yaşlı futbolçu icarə əsasında komandanın heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Müqavilə ilə Türkiyənin “İstanbul Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43