Kateqoriyasız

“Neftçi” başladı

“Neftçi” 2019-2020 mövsümünün hazırlığına başlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər.

Axşam saatlarında “Türk Hava Yolları Futbol Mərkəzi”ndə fiziki testlər yerinə yetirilib. Hazırlıq sabah iki məşqlə davam edəcək. İyunun 14-dək “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşacaq komanda ayın 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələ bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43