Ölkə futbolu

“Neftçi” başladı

“Neftçi” yeni mövsümün hazırlığına start verib.

İdmanxeber.com-un məlumatına görə, klubun təlim-məşq bazasında baş tutmuş məşqdə əsasən yerli futbolçular iştirak edib. Legioner futbolçular və “Neftçi”nin milli komandaların heyətinə cəlb edilmiş üzvləri Türkiyənin Bolu şəhərində keçiriləcək hazırlıqda düşərgəyə qoşulacaq. 

Qeyd edək ki, komanda 12.06.2014-cü il tarixinə kimi Bakıda hazırlıq keçəcək. Bundan sonra isə “Neftçi”nin Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq prosesi baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43