23 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” – “Beşiktaş” oyununun biletləri nə vaxt satışa çıxır?

UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” matçının biletləri satışa çıxarılır.

İdmanxeber.az-a verilən məlumata görə, sözügedən qarşılaşmaya bilet satışı sabahdan başlayacaq. Görüşə marağın yüksək olmasından biletlərin qısa vaxtda tükənəcəyi gözlənilir.

“Neftçi – “Beşiktaş” oyunu avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43