Ölkə futbolu

“Neftçi” “Beşiktaş”ın 2 futbolçusunu istəyir

“Neftçi” yeni mövsüm üçün heyətini gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” “Beşiktaş”ın iki futbolçusunun xidmətində maraqlıdır. Bunlar Emrecan Uzunhan və Aydın Hasiçidi.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

“Beşiktaş” Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb “Dinamo”sundan transfer edib. 22 yaşlı vinger ötən mövsüm icarə əsasında Bosniya və Herseqovinanın “Sarayevo” klubunda çıxış edib və 33 oyunda 9 qol vurub.

Emrecan Uzunhan isə 2022-ci ilin yayında “İstanbulspor”dan “Beşiktaş”a keçib. 23 yaşlı müdafiəçi ötən mövsümdə Super Liqada bir oyunda iştirak edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43