Kateqoriyasız

“Neftçi” birinci divizion klubu ilə bacarmadı

“Neftçi”nin əvəzedici komandası seleksiya xarakterli yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, U-19 komandasının bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi “Şərurspor”a qarşı olub. 

Oyun “Dalğa Arena” stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Şəfi Bağırov fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43