Ölkə futbolu

“Neftçi” bizim əsas rəqiblərimizdən biridi” – Kevin Medina

“Bu meydanda “Neftçi”yə qarşı oynamaq çətin olur. Bu gün nə qədər intizamlı komanda olduğumuzu göstərdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina “Neftçi” ilə səfər matçında qalib gəldikləri (4:2) oyundan sonra deyib.

Ağdam klubunun kolumbiyalı futbolçusu daha sonra sözlərinə belə davam.edib:

“Belə ab-havada oynamağı xoşlayıram. Qələbə qazandığımız üçün xoşbəxtəm.

Azərbaycan çempionatında oynamaq çətindi. “Neftçi” bizim əsas rəqiblərimizdən biridi. Onlar da çempionluq, titul uğrunda mübarizə aparırlar. Nə yaxşı ki, bu mövsüm onlara məğlub olmadıq. Buna görə də sevincliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43