Kateqoriyasız

“Neftçi” – “Bney Yehuda” matçında anşlaq olacaq

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” – “Bney Yehuda” (İsrail) matçı üçün satışa çıxarılan biletlər tükənmək üzrədi.

İdmanxeber.az-ın məlumatına görə, “Bakcell Arena”da keçiriləcək oyun üçün satışa çıxarılan 11 min biletin 8 minindən çoxu satılıb. Oyun saatına kimi yerdə qalan biletlərin də satılması gözlənilir.

Xatırladaq ki, “Neftçi” – “Bney Yehuda” görüşü Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43