Ölkə futbolu

“Neftçi” Bojoviçə görə 4000 manat cərimələndi

AFFA İntizam Komitəsi “Neftçi”nin yolları ayırdığı baş məşqçi  Miodraq Bojoviçi cəzalandırıb, klubu isə cərimələyib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının sonuncu turunda hakimləri təhqir etməsi səbəb olub. Birbaşa qırmızı vərəqə alan mütəxəssis 5 oyun cəzalanıb, “Neftçi” isə 4000 manat cərimə edilib.

Qeyd edək ki, “Neftçi” mayın 26-ı Bojoviçlə yolları ayırıb. Onunla müqavilənin müddətinin uzadılmaması barədə qərar verilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43