Təlim-məşq toplanışını Antalyada davam etdirəcək “Neftçi”nin burada qarşılaşacağı sonuncu rəqibi də məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qara”lar Bolqarıstanın ÇSKA-1948 klubu ilə qarşılaşacaq. Yanvarın 24-də keçiriləcək görüşün başlama saatı məlum deyil.
Qeyd edək ki, yanvarın 5-dən bir araya gələn “Neftçi” ayın 10-da Türkiyəyə yollanacaq. 15 gün burada hazırlıq keçəcək “ağ-qaralar” yanvarın 14-də “Kişvarda” (Macarıstan), 19-da isə “Visla” (Plotsk, Polşa) ilə yoxlama oyunu keçirəcək.