Kateqoriyasız

“Neftçi” bu futbolçu ilə yeni müqavilə imzaladı – Rəsmi

“Neftçi” futbolçu Tural Axundovla bu mövsümün sonunda bitməli olan müqavilənin müddətini 1 illiyə artırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçi 2019/2020-ci illər mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Tural Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43