Ölkə futbolu

“Neftçi” bu futbolçunun transferi üçün çalışır – DANIŞIQLAR BAŞLADI

“Neftçi” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” “Araz Naxçıvan”da çıxış edən Turan Manafovla maraqlanır. Rəhbərliyin yaxın vaxtlarda oyunçu ilə təmasa keçməsi gözlənilir.

Naxçıvan klubu ilə yaya qədər müqaviləsi olan təcrübəli müdafiəçi hazırkı komandası ilə sözləşmə yeniləmək istəmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43