08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” bugünkü oyuna baş məşqçisiz çıxacaq

“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la bu gün keçiriləcək oyuna baş məşqçisiz çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, 44 yaşlı mütəxəssis qarşılaşmada texniki zonada yer almayacaq. Çünki rumıniyalı məşqçi anası Rodika Mutunun ölümü ilə əlaqədar ölkəsinə yollanıb. “Qaradağ Lökbatan”la matça komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.
Qeyd edək ki, “Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43