Kateqoriyasız

“Neftçi” “Arsenal”ı məğlub etdi – Yenilənib

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimizdən “Neftçi” Rusiyada “Arsenal”ın qonağı olub. Paytaxt klubu Tula təmsilçisini Darionun ilk hissənin son dəqiqəsindən vurduğu qolla məğlub edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan) 0:1
Qol: Dario, 45

Baş hakim: Enea Yorci (Albaniya)
Tula (Rusiya), “Arsenal” mərkəzi stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43