13 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” çempion ola bilməz” – Almeyda

Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer liqasının 27-ci turunda “Səbail”ə 4:0  hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Çox möhtəşəm hisslərdir. Mən bura qayıdanda “Neftçi”dən 5 xal geridə idik. Sonda isə 5 xal fərqlə çempion olduq. Özümüzə inandıq, çalışdıq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq.

– Sizcə, niyə heç kim “Qarabağ”ın qarşısını kəsə bilmir?

– Biz təxminən 5-6 ildir ki, bir yerdəyik. Bir-birimizi yaxşı tanıyırıq. Bu, bizim üstünlüyümüzdür. “Neftçi” çempion ola bilməz.

– Əgər, çempionluğun taleyi son tura qalsaydı, necə olacaqdı?

– Belə olsaydı, komandalar daha çox güc itirərdi. Təbii ki, biz də qələbə qazanmaq istərdik. Çox fərqli bir oyun olardı.

– “Qarabağ”dan gedəcəksiz? Yoxsa, komandada qalmaq fikriniz var? Bu barədə danışıqlar gedib?

– Hələ müqaviləmin bitməsinə 6 ay qalıb. “Qarabağ” mənim ailəmdir, ürəyimdədir.  Ailəm də Azərbaycanı, “Qarabağ”ı sevir. “Qarabağ” bizim üçün çox şeydir.

– Kubokda uğursuzluq yaşadınız. Bundan sonra çempionata köklənmək çətin olmadı?

– Kubok oyunundan sonra motivasiyamız yüksək olmalı idi. Bu gün heç-heçə etsəydik, “Neftçi” udsaydı, hər şey yenidən başlayardı. Allahın izni ilə qələbə qazandıq.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43