İdman

“Neftçi” çexiyalı futbolçu transfer etdi

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Zdenex Folprext “ağ-qaralar”la müqavilə imzalayıb. 

Çexiyalı yarımmüdafiəçi paytaxt klubunda “8” nömrəli futbolka ilə çıxış edəcək.

Qeyd edək ki, Elşən Abdullayevin “Qarabağ”a keçidindən sonra “8” nömrə boş qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43