Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” ötən gündən etibarən tam heyətlə məşq edir.
İdmanxeber.com-un məlumatına görə, məşqçilər korpusunun icazəsi ilə 5 futbolçu – Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi və Ernest Nfor hazırlığa ötən gün qoşulublar.
Xatırladaq ki, “Neftçi” bu gün yoxlama oyunu keçirəcək. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq oyunda rəqib Gürcüstanın “Çixura” klubu olacaq.