Kateqoriyasız

“Neftçi” Dabonu cəzalandırır – “Qarabağ”ın formasını geyindiyinə görə

“Neftçi” rəsmi saytı vasitəsi ilə hücumçusu Baqali Dabo barədə açıqlama yayıb.

Açıqlamada bildirilir:

“Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.

Qeyd edək ki, Baqali Dabonun həyat yoldaşı bu gün sosial şəbəkə hesabında oyunçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43