Ölkə futbolu

“Neftçi” daha 2 futbolçusu ilə yollarını ayırdı

Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” transfer çalışmaları ilə yanaşı, “təmizləmə işləri”ni də davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə,  məlumatına görə, bakılılar daha 2 futbolçu ilə yollarını ayırıblar.

 

Bunlar yarımmüdafiəçilər Elşən Rzazadə və Orxan Bəşirovdu. Baş məşqçi Vəli Qasımov müqavilə müddəti başa çatan hər iki futbolçunun xidmətində maraqlı olmayıb. İlin əvvəlində “Xəzər Lənkəran”dan böyük ümidlərlə transfer edilən 23 yaşlı Rzazadənin özünü göstərə bilməməsi xüsusi diqqət çəkib.

 

Bununla “Neftçi”dən ayrılan oyunçu sayı 10-a yüksəlib. Belə ki, Elşənlə Orxana qədər Nikolas Kanales, Salas Quinta Antonio, Erik Ramos, Aqil Məmmədov, Ailton Silva, Xuan Alberto Melli və Məhəmməd Qurbanovla yollar ayrılmış, Mirabdulla Abbasov isə icarəyə verilmişdi.

 

Qeyd edək ki, ötən mövsümün ilk yarısında “Xəzər Lənkəran”ın heyətində 16 oyun keçirmiş Elşən Rzazadə “Neftçi”də olduğu 6 ay ərzində cəmi 2 matçda (6 dəqiqə) iştirak edib. Orxan Bəşirov isə əsas komanda üçün sifariş verilsə də, formanı geyinməyə müvəffəq olmayıb.(Apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43