Kateqoriyasız

“Neftçi” daha iki transferi bu tarixə kimi açıqlayacaq

Konfrans Liqasında mubarizə aparacaq “Neftçi” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu “Aris”lə ilk oyuna kimi daha iki transfer reallaşdıracaq. “Ağ-qaralar” xüsusən hücum və müdafiə xətti ilə bağlı istədiyi futbolçularla danışığı daha da surətləndirib. “Neftçi” Kipr klubu ilə oyuna kimi mütləq iki transferi ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, komanda Ataa Caber, Qodsvey Donyo və Kenni Sayefi heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43