08 Dekabr 2022
Kateqoriyasız

“Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlandı

“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Dinamo” (Tbilisi) ilə cavab oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Moldova Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dumitri Muntean olacaq. Yan xətt hakimləri kimi ona Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək “Dinamo” – “Neftçi” matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında  iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək cavab görüşü 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Aşdod”un futbolçusu “Qəbələ”də – RƏSMİ

admin

İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi

admin

“Qəbələ”ninin Boluda 12-ci günü – Fotolar

admin