Ölkə futbolu

“Neftçi” düşərgəsindən bəd xəbər: daha bir futbolçu Serbiyada meydana çıxmayacaq

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada “Partizan”la qarşılaşacaq “Neftçi” daha bir ciddi itki ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun aparıcı üzvlərindən olan Bruno Bertuççi zədə səbəbindən avqustun 21-ə keçiriləcək səfər matçını buraxmalı olacaq. Bertuççi Serbiyaya gedən heyətin içərisində yer alsa da, onun böyük ehtimalla meydana çıxmayacağı bildirilir.

Qeyd edək ki, çətin səfərdə cəza səbəbindən Karlos Kardozo da Neftçi”yə kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43