İdman

“Neftçi” ECA-nın üzvü oldu

“Neftçi” Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, “Ağ-qaralar” ECA-nın tamhüquqlu üzvü statusuna yiyələnib.

Bu isə o deməkdi ki, növbəti iki il ərzində assosiasiyanın baş assambleyası çərçivəsində keçiriləcək seçkilərdə “Neftçi” səs hüququna malik olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43