İdman

“Neftçi” əcnəbi futbolçunu heyətinə qatdı – FOTO

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın “Serro Portenyo”, “İndependiente”, “Sportivo Lukeno”, “Deportivo Kapiata”, “Nasional” və Kolumbiyanın “Atletiko Huila” klublarında çıxış edib.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl  Aqil Məmmədov (“Qəbələ”), İlkin Qırtımov (“Keşlə”) və Fərid Abbaslını (“Binə”) transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43