Ölkə futbolu

“Neftçi” ən güclülər sırasında – FOTOLAR

Rusiyanın dövlət Bədən tərbiyəsi və İdman Komitəsi, “Rusiya peşəkarları” işçi jurnalı ilə birgə layihə həyata keçirib.

"Neftçi"nin rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Sovet futbolununu tarixi” layihəsi çərçivəsində “Professional” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda "ağ qaralar" SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb.

Kitabın “Neftçi”yə aid hissəsində, Azərbaycanda idmana eləcə də futbola dövlət səviyyəsində diqqət və qayğının göstərildiyi vurğulanıb. Məqalədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın uğurla icra edilməsi qeyd olunub.

“Neftçi”nin tarixi uğurlarından bəhs olunan hissədə, klubun son illərdə qazandığı nailiyyətlər öz əksini tapıb. Sadıq Sadıqovun kluba prezident təyin edilməsindən sonra ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanmış “Neftçi”nin, Avrokuboklarda tarixi ilki gerçəkləşdirməsi haqqında geniş məlumat verilib. Bununla yanaşı kitabda komandanın Avropa Liqasında “İnter”, “Rubin” və “Partizan” kimi rəqiblərlə oyunlarından fotolar öz əksini tapıb.


 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43