19 Avqust 2019
Ölkə futbolu

“Neftçi” fanatı “od püskürdü”: “Respublika stadionu bizə qaytarılsın”

Azərbaycan futbolunun stadionlardan küstürülmüş azarkeşləri adından “Neftçi”nin klassik fan klubunun yaradıcılarından olan  Namik Zamanov “od püskürüb”.

O, AFFA rəhbərliyinin yarıtmaz futbol siyasəti və bölgə komandalarının dağılmasına toxunaraq federasiya rəhbərliyini sərt tənqid edib:

“AFFA rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində son on iki-on üç il ərzində Azərbaycanın bir çox köklü klubları dağılmışdır. Buna misal olaraq İlk dəfə UEFA kubokunda Azərbaycanı təmsil etmiş “Turan” – ən titullu klublarımızdan olan “Kəpəz” , “Şəmkir” ,”Şahdağ” və çox böyük maaliyyə və azarkeş kütləsinə malik “Xəzər Lənkəran”ı misal göstərmək olar.

Başa çatan çempionatımızda “Qarabağ”ə qələbə münasibətilə təbrik edirəm, hərçənd komanda ötən illərdəki kimi baxımlı oyun nümayiş etdirmirdi. 8 klubun ümüdinə qalan çempionatımızda  demək olar ki ,təkcə “Qəbələ” müstəqil siyasət aparmaga çalışır. Rayonlarda  uşaq futboluna münasibət bərbad vəziyyətdədir. Zavallı uşaqlar bostanliga bənzər meydanlarda oynamaga çalışırlar, özü də formasız min bir əziyyətlə. Ölkə futbolu təkcə Bakıdan ibarət deyil ,ucqar rayonlarda da istedadlar axtarmaq lazımdır.Bacarmırlarsa, bilən adamlardan bu işdə yararlansınlar.

Millinin vəziyyəti isə daha acınacaqlıdır. Demək olar ki, 80 faiz oyunçular milliləşdirilmiş futbolçulardır. Özümüzdə Ağabala Ramazanov, Mirabdulla Abbasov, Amil Yunanov ,Adil Nağıyev və çox sayda başqa futbolçular oldugu halda , Almaniyanin III – IV  liqalarindan , Dağıstandan oyunçuları doldurublar milliyə. Mən şəxsən Maksim Medvedyevi, “Spartak”da oynayan Ayaz Quliyevdən daha çox azərbaycanlı sayiram. Öz futbolçularımızın haqqını niyə tapdalayırsınız ? Bu oyunçuları milliyə çağırdıqda isə 3-0 uduzarkən, 85-ci dəqiqədə meydana buraxırlar, yazıq futbolçu necə özünü nümayiş etdirsin? Onsuz da biz belə yığmayla dunya çempionatlarinda iştirak edə bilməyəcəyik, imkan verin öz futbolçularımız oynasın.

Son illərin ən maraqlı finalı kimi “Qəbələ” – “Sumqayıt” qarşılaşmasını Naxçıvanda keçirməklə, bu klubların özünün  ve mənim kimi çoxsaylı neytral azarkeşlərin oyunu canlı izləmək imkanından məhrum etdilər. Oyunu Tofig Bəhramov adina stadionda keçirsəydilər hər iki klubun ən azi 3-4 min azarkeşi canlı izləyə bilərdi. Finalı Lənkəran şəhər stadiyonunda da keçirmək olardı. Mən sizi əmin edirəm ki, anşlaq olacaqdı. Əsl azarkeş dəstəyini nəzərdə tuturam, idarələrdən, iş yerlərindən məcburi gətirilmiş adamlarları yox. Bir verilişdə “Neftçi” rəsmisi Ceyhun Sultanovu niyə bileti 50 manata satırsınız deyən jurnalist , AFFA rəsmilərini də eyni qaydada niyə “Qəbələ” və “Sumqayıt”ın timsalında bütün azarkeşlərin  haqqını tapdaladıqlarını da desin.

Sonda isə bütün “Neftçi” fanatları adından ev oyunlarımızı keçirmək üçün dogma Tofiq Bəhramov adına Respublika stadionunu bizə qaytarılmasını istəyirəm.

Oxşar xəbərlər

Mustafa Dənizli: “Hakimlər də bizim kimi səhv edə bilər” – VİDEO

admin

“Şkendiya” – “Neftçi” – CANLI YAYIM

admin

“Neftçi”nin Mamadu Kaneylə müqavilə bağlamama səbəbi

admin