Ölkə futbolu

“Neftçi” fanatlarından FOTOlu etiraz

AZAL – "Neftçi" (2:1) oyunu üzərində söz-söhbətlər bitmək bilmir. Oyuna qərarları ilə damğa vuran hakimlərə növbəti etiraz "Neftçi"nin "Forza Neftçi" azad azarkeş qrupundan gəlib. Fanatlar oyunda Mahir Şükürova və Elvin Yunuszadəyə verilən qırmızı vərəqəni ədalətsiz sayırlar. Nəysə, keçək mətləbə.

Oyunun 79-cu dəqiqəsində AZAL-ın futbolçusu Samuel Barlay Nfora qarşı kobud oynayır. "Neftçi"li futbolçunun yerdə qalmasından sonra bir anda ara qarışır. Hər iki komandanın futbolçuları arasında mübahisə yaşanır. Bunun ardından hakim ev sahibi komandanın futbolçusu Con Oluremini yanına çağırır və hər şey bundan sonra başlayır. Fanatların iddiasına görə, hakim Oluremini yanına çağırdıqdan sonra o, hakimə nəsə deyir.  Oyunun ədalət təmsilçisi bundan sonra Mahir Şükürovu yanına çağırır və ona ikinci sarı vərəqə göstərərək meydandan qovur. Hakim bundan əvvəl məhz Oluremiyə də sarı vərəqə göstərir.

Bu da həmin anın fotosu.

İndi isə ikinci qırmızı vərəqə epizoduna keçək.

Azarkeşlərin etirazı odur ki, Elvin Yunuszadənin meydandan qovulduğu epizodda (83 dəq.) heç bir qayda pozuntusu olmayıb o, sadəcə topa oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43