• Ana səhifə
  • Ölkə futbolu
  • “Neftçi” FİFA-nın cəzası ilə bağlı rəsmi məlumat yaydı: CAS-ın qapısını döyəcəklər
Ölkə futbolu

“Neftçi” FİFA-nın cəzası ilə bağlı rəsmi məlumat yaydı: CAS-ın qapısını döyəcəklər

“Neftçi”nin keçmiş futbolçusu, Belçika vətəndaşı Emil Mpenza 2012-ci il yanvar ayında keçirilmiş təlim-məşq toplantısı zamanı komandanın düşərgəsindən ayrıldıqdan sonra klub və futbolçu tərəfindən FİFA-ya qarşılıqlı şikayətlər olunub.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın problemli məsələlərin həlli komissiyası 2012-ci ildən etibarən məsələni araşdırmağa başlayıb və bu müddətdə davam etmiş məhkəmə prosesinin nəticəsi kimi 2015-ci ilin yanvar ayında qərar çıxarılıb. Qərarda deyilir:

1.     “Neftçi” PFK-nın iddiası qəbul edilməmişdir.

2.     Emil Lokonda Mpenzanın əks iddiası qismən qəbul olunmuşdur.

3.      “Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində  Emil Lokonda Mpenzaya 80000(səksən min) ABŞ dolları, eləcə də 5% illik – 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, məbləğində qalıq əmək haqqını ödəməlidir.

4.     “Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində  müqavilənin pozulmasına görə Emil Lokonda Mpenzaya 687500(altı yüz səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində təzminatı, həmçinin üstəlik 5% illik – 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, ödəməlidir.

5.      Qeyd olunan məbləğlər təyin olunan müddət ərzində “Neftçi” PFK tərəfindən Emil Lokonda Mpenza ödənilmədiyi təqdirdə, hazırkı məsələ, tələb olunduqdan sonra, nəzərdən keçirilməsi və formal qərarın verilməsi üçün FİFA-nın İntizam Komitəsinə təqdim olunacaq.

6.      Emil Lokonda Mpenza tərəfindən əlavə iddia qəbul edilməyəcəkdir.

7.      Emil Lokonda Mpenza dərhal “Neftçi” PFK-nı ödənişin həyata keçiriləcəyi bank hesabı haqda məlumatladırmalı və aldığı hər ödəniş haqda FİFA-nın Mübahisəli Məsələlərin Həlli Şurasına xəbər verməlidir.

Futbolçuların Statusu Komitəsi və Mübahisəli Məsələlərin Həlli Şürasının Prosedur Qaydalarının 15 və 18-ci bəndlərinə uyğun olaraq, “Neftçi” PFK qərarın səbəblərinin açıqlanması üçün dərhal FİFA-ya müraciət edib. Müraciətə 15 iyun 2015-ci il tarixdə cavab gəlib. Qərarın səbəbləri FİFA-nın kluba ünvanladığı 18 səhifəlik cavabda öz əksini tapıb.

Bununla əlaqədar olaraq klubdaxilində araşdırmalara başlanılıb və bu gün “Neftçi” PFK-nın müşahidə Şurasının iclası təyin edilib. Müşahidə şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri Sadıq Sadıqov, Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov və Bəhram Bağırzadə, həmçinin icraçı-direktor Elnur Məmmədov iştirak edib. Müzakirələrə əsasən qısa müddətdə sənədlərin hazırlanmasına və məsələyə yenidən baxılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edilməsi haqqında qərar qəbul edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan Kuboku: 1/4 finalın cavab görüşlərinin vaxtı açıqlandı

admin

“Azərbaycan yaxşı müdafiə olunur” – Mayk O Nil

admin

“Bakı”dakı rüsvayçılıq “yuxarı”lara çatdı: Məsələyə Rövnəq Abdullayev damğası

admin