Ölkə futbolu

“Neftçi” futbolçuları İsrail və İtaliyaya qarşı

“Neftçi”–nin futbolçusu Vançe Şıkov Makedoniya millisinin heyətində növbəti oyunlarını keçirib. 

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuş hər iki ev matçında iştirak edib. Şıkov oktyabrın 6-da makedoniyalıların İsrail milli komandasına 1:2 hesabı ilə məğlub olduqları oyunun 51-ci dəqiqəsində əvəzlənib. Ayın 9-da baş tutmuş Makedoniya – İtaliya (2:3) görüşündə isə 90 dəqiqə ərzində meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43