29 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi

“Neftçi” yeni mövsümün heyət planlamasını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” futbolçusu İsmayıl Zülfüqarlını komandada saxlamaq niyyətindədi. Rəhbərlik müdafiəçinin ayrılmasına izin verməyəcək.

Artıq futbolçu təmasa keçilib və onunla danışıq aparılıb. Rəhbərlik Zülfüqarlıya növbəti mövsüm daha çox oyun şansı alacağını və başqa təklifləri qəbul etməməsini bildirib.

Karyerasını “Neftçi”də davam etdirmək istəyən futbolçu “ağ”qaralar”ın təklifinə müsbət yanaşıb. O, davamlı oynamağın özü üçün vacib olduğunu bildirib.

Xatırladaq ki, İsmayıl Zülfüqarlı ötən mövsümün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirib. Onun xidmətində Tovuz klubu ilə yanaşı daha bir neçə kamanda maraqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43