Ölkə futbolu

“Neftçi” gənc futbolçusunu icarəyə verdi

“Neftçi” daha bir futbolçusunu icarəyə verib.

Qolkiper Eyyub Əliyev I divizion klubunda çıxış edəcək.

“Ağ-qaralar” gənc qolkiperi MOİK-ə icarəyə verib. Eyyub dünən “Araz”la keçirilən oyunda meydana start heyətində çıxıb.

Qeyd edək ki, o, ötən mövsüm “Simurq”da top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43