Ölkə futbolu

“Neftçi” hazırlığın 2-ci mərhələsinə start verdi – VİDEO

“Neftçi” yeni mövsümün hazırlıqlarını davam etdirir.

“Ağ-qaralar” bu gün Bakı toplanışının ikinci mərhələsinə start verib. Komanda səhər saatlarında klubun təlim-məşq bazasındakı idman zalında fiziki hazırlıqla məşğul olub. Baş məşqçi Elxan Abdullayev axşam məşqini İsmət Qayıbov adına təlim-məşq bazasında keçəcək.

Qeyd edək ki, “Neftçi” iyulun 24-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43