İdman

“Neftçi İdman Klubu”nun üzvü ilin idmançısı seçildi (FOTO)

Azərbaycan Atletika Federasiyası (AAF) Milli Olimpiya Komitəsinin inzibati binasında ilə yekun vurub. 

İdmanxeber.com-un məlumatına görə, tədbirdə AAF-ın prezidenti Çingiz Hüseynzadə, vitse-prezidenti Tofiq Qarayev, baş katib Firat Hüseynov və digərləri iştirak ediblər.

İlk olaraq Hüseynzadə bu il federasiyasının uğurları və fəaliyyətindən danışıb. O, Bakı 2015 Avropa Oyunlarının atletika idman növü üçün də uğurlu bir çıxış olduğunu vurğulayıb: “Rio 2016 Yay Olimpiya Oyunlarına artıq lisenziyalarını sayının artması, Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir”.

Federasiyanın vitse-prezidenti Tofiq Qarayev və baş katibi Firat Hüseynov öz növbəsində bu ilin fəaliyyəti və uğurlarını qeyd ediblər.

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib. “İlin idmançısı” və “İlin məşqçisi” nominasiyalarında “Neftçi İdman Klubu” İctimai Birliyinin üzvləri qalib olublar.

İlin idmançısı – Nazim Babayev (“Neftçi İK), Anna Skidan

İlin məşqçisi – Ziyad Xalfayev (“Neftçi” İK)

İlin gənc idmançısı – Yelena Prextriyeva

İlin gənc məşqçisi – Elvin Əliyev

İlin hakimi – Kamal Əhmədov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43