Ölkə futbolu

“Neftçi” ikinci Kanales səhvini etmək fikrində deyil – ÖZƏL

Yayda “Neftçi” ilə müqaviləsi bitəcək Falvinyonun komandada qalıb-qalmayacağı “ağ-qaralı” azarkeşləri narahat etməyə başlayıb.

Məsələ burasındadır ki, hələ də müqavilənin  uzadılıb-uzadılmayacağı ilə bağlı nəisə deyilmir.

İdmanxeber.com-un kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, paytaxt komandası braziliyalı futbolçu ilə daha bir ilə müqavilə bağlayacaq. Nikolas Kanalesi əldən verən və bunun hələ də təəssüflüyünü yaşayan “flaqman” Falvinyonu heç yerə buraxmaq fikrində deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43