Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Bney Yehuda” Bakıya itkilərlə gəlir.
İdmanxeber.az-ın məlumatına görə, Təl-Əviv təmsilçisi kapitan İtzik Azuz, eləcə də Amit Zenati və Eytan Velblum zədə səbəbindən Bakıdaya gətirə bilməyib.
İsrail klubu təmsilçisi bu gün səhər çarter reysi ilə səfərə çıxıb.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.