Kateqoriyasız

“Neftçi” ilə oyunda qələbə qazanmaq istəyirik” – “Şkupi”nin futbolçusu

Makedoniya “Şkupi” klubunun futbolçusu Faton Yusufi komandanın saytına açıqlamasında “Neftçi” ilə keçirəcəkləri oyuna toxunub.

İdmanxeber.az-ın məlumatına görə, o, qarşıdakı oyunda da qalib gələrək Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” ilə qarşılaşmasına yüksək əhval-ruhiyyədə çıxmaq istədiklərini bildirib: “Son iki oyunda qazandığımız nəticələrdən sonra komandada müsbət ab-hava var. Çətin olsa da, son matçda 3 xal qazana bildik. Üzərimizdə təzyiq var idi, amma inamlı qələbə qazandıq. Bakıda sakit başla keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, avqustun 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43