Kateqoriyasız

“Neftçi” ilə “Qəbələ”nin 55-ci görüşü

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi” ilə görüşəcək.

“Qırmızı-qaralar” mövsümün 3-cü dövrəsində ilk səfər sınağına çıxacaq.

Bu, rəqiblərin ümumilikdə 55-ci dueli olacaq. İndiyədək komandalar 54 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 24 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 78 qol buraxıb.

Bu görüş Premyer Liqa çərçivəsində yubiley – 50-ci qarşılaşma olacaq. Əvvəlki 49 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 23 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 72 top buraxıb.

28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.

Xatırladaq ki, fevralın 20-də “Bakcell Arena”da keçiriləcək matça saat 18:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43