Ölkə futbolu

“Neftçi” ilə matç öncəsi “Qəbələ”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" sözügedən qarşılaşmaya ciddi itkilərlər çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ruslan Qurbanov sarı vərəqə limitini doldurduğuna görə, bakılılarla matçı buraxacaq. Bundan başqa dizindən ciddi zədə alan Rafael Santosun da "ağ-qaralar"a qarşı iştirak etməyəcəyi dəqiqdi.

Komandanın digər itkisi isə Asif Məmmədovdu. Yarımmüdafiəçi ötən günlərdə appendisit ağrılarından əməliyyat olunub. O, bir müddət məşqlərdən kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ" – "Neftçi" matçı fevralın 3-də, saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43