Kateqoriyasız

“Neftçi” ilə oyun öncəsi “İnter”də ciddi itki

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün səfərdə “Neftçi”nin qonağı olacaq “İnter” matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un klubun radiosuna istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Junior Nildo zədə səbəbindən “Neftçi” ilə görüşdə iştirak etməyəcək.

Braziliyalı futbolçusu ilə yanaşı, Aleksandr Amisulaşvili də zədəli olduğu üçün bu gün “Neftçi” ilə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu bu gün, saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43